Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Donbasda könüllülərin cəlb edilməsi barədə təkliflə razılaşıb.
Bu barədə qərar Təhlükəsizlik Şurasının hazırda davam edən iclasında qəbul edilib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd etdi ki, Yaxın Şərqdən 16 mindən çox könüllü döyüşlərə qatılmaq istəyir.
Putin, həmçinin Şoyqunun müharibədə qənimət kimi ələ keçirilən Qərb istehsalı olan hərbi texnikaların Donbasa verilməsi təklifini dəstəkləyib.