Ermənistanın Gürcüstandakı səfirliyinin məlumatına görə, martın 11-də səfir Ruben Sadoyan Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya ilə görüşüb.
Görüşdə səfir Sadoyan Gürcüstan tərəfinə Azərbaycanın Dağlıq Qarabağda, Ermənistan-Azərbaycan sərhədində son vaxtlar atəşkəs rejimini pozması, Dağlıq Qarabağın mülki əhalisinə qarşı regionda gərginliyi artırmağa yönəlmiş təxribat xarakterli hərəkətləri barədə məlumat verib.
Görüş zamanı Ermənistan-Gürcüstan ikitərəfli əməkdaşlığı ilə bağlı məsələlərə də toxunulub.