Martın 10-da Antaliya diplomatik forumu çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında görüş baş tutub.
Görüş zamanı Ararat Mirzoyan və Sergey Lavrov Ermənistan-Rusiya əməkdaşlığının zəngin gündəliyinə toxunub, müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.
Tərəflər iki ölkə arasında siyasi dialoqun səviyyəsindən, yüksək səviyyədə təmasların fəallığından məmnunluq ifadə ediblər.
Ermənistan və Rusiyanın xarici işlər nazirləri KTMT, Aİİ, MDB və digər beynəlxalq platformalarda daha sıx əməkdaşlıq və səmərəliliyin artırılması ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinə toxunublar.
İki ölkənin XİN başçıları ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli üçün sülh danışıqlarının tam bərpasına zərurliyini vurğuladılar.
Ermənistanın xarici işlər naziri rusiyalı həmkarına Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin davamlı şəkildə pozulması və təxribat xarakterli hərəkətləri nəticəsində Dağlıq Qarabağda yaratdığı vəziyyət barədə məlumat verib.