Rusiya bundan sonra Avropa Şurasında yer almayacaq.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Rusiyaya dost olmayan Avropa İttifaqı ölkələri Moskvaya qarşı ayrı-seçkilik siyasəti həyata keçirirlər.
“Hadisələrin gedişatı dönməz xarakter alıb. Biz ABŞ-ın beynəlxalq hüquq normalarını tapdalamasına, kollektiv Qərbin təxribatçı ritorikasına dözmək niyyətində deyilik”, - deyə qeyd olunub