Ermənistan Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səylərindəki rolunu yüksək qiymətləndirir. Bunu Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” adlı konfransda ER Baş naziri Nikol Paşinyan bildirib.
44 günlük müharibəyə, həmin günlərdə Fransanın erməni xalqı ilə həmrəyliyinə toxuna Paşinyan Makronun baş verən hadisələrə aydın, qərəzsiz qiymət verən ilk dünya lideri olduğunu xatırladıb.
“Eyni şəkildə, Fransa cəmiyyəti Ermənistanı ən çətin anda dəstəklədi ki, bu da Fransa Senatı və Parlamentinin Artsax ermənilərinin hüquqlarının müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamələrdə öz əksini tapdı. Bu kontekstdə mən Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi mühüm roluna görə Fransaya yüksək qiymət verdiyini bir daha təsdiqləmək istərdim”, – deyə ER Baş naziri bildirib.
O, Ermənistanın verdiyi itkilərə və Ukrayna hadisələri fonunda Avropanın üzləşdiyi çətinliklərə baxmayaraq, iki ölkənin Ermənistan-Fransa dostluğunu möhkəmləndirməyə davam edəcəyinə ümid etdiyini bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan ümid edir ki, “Ambsiyalar: Ermənistan-Fransa” forumu çərçivəsində aparılan müzakirələr, mütəxəssislər arasında təmaslar həqiqətən də səmərəli olacaq, yeni və perspektivli proqramların həyata keçirilməsinə start veriləcək.
Baş nazir müxtəlif sahələrdə, o cümlədən təhsil və səhiyyə sahələrində Ermənistan-Fransa arasında uğurlu əməkdaşlığına toxunub.
“Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq baxımından 2018-ci ildə Ermənistanda keçirilən Frankofoniya Sammitini qeyd etməyə bilməzdim ki, bu, Ermənistan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən ilk ən böyük beynəlxalq tədbir idi”, – Paşinyan bildirib.
O qeyd edib ki, 2020-ci il 44 günlük müharibədən sonra və hazırkı qlobal çağırışlar kontekstində Ermənistan öz iqtisadiyyatını gücləndirməli və yeni investisiya proqramları cəlb etməlidir:
“Şadam ki, Fransa müharibədən sonra Ermənistana iqtisadi baxımından dəstək verməyə və Ermənistan-Fransa arasında iqtisadi əməkdaşlığı təşviq etməyə hazır olduğunu bildirib”.
Paşinyan qeyd edib ki, 2021-ci il dekabrında Ermənistan və Fransa arasında imzalanmış iqtisadi əməkdaşlığının 5 illik yol xəritəsi geniş imkanlar verir: “Bugünkü konfrans və bunun zəngin proqramı son aylarda həyata keçirilən ardıcıl addımların davamıdır və imzalanmış yol xəritəsinin həyata keçirilməsinə yönəlmiş ilk addımlardandır. Deməliyəm ki, konfrans zamanı, keçirilən müzakirələr, erməni və fransız tərəfdaşları arasındakı əlaqələr prespektivli layihələrin həyata keçirilməsi üçün səmərəli olacaq”,-Paşinyan dedi.
Baş nazir həmçinin əlavə etdi ki, Ermənistan-Frransa əlaqələrinin bügünkü canlı rəmzisi Fransadakı 700 minlik erməni icmanın mövcudluğudur.