Ermənistan Fransanın davamlı dəstəyini gözləyə bilər. Bu barədə Yelisey sarayının “Twitter” mikrobloqunda bildirilib.
“30 ildən artıqdır Ermənistan bilir ki, Fransanın davamlı dəstəyini gözləyə bilər. Ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək məqsədilə Prezident Emanuel Makron Ermənistana həsr olunmuş layihələrin idarə edilməsi və təşviqi üçün tender fondunun yaradılmasını elan edib”,- deyə qeyd olunub.