Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərinə toxunub.
O qeyd etdi ki, Fransa Hökuməti ilə birgə təşkil olunan Ermənistan-Fransa forumunda iştirak etdi.
“Hesab edirəm ki, Ermənistan-Fransa əməkdaşlığa yeni təkan vermək üçün bu forumdan istifadə etməliyik. Səhiyyə, təhsil, ərazi idarəetmə və infrastrukturlar nazirləri də orada idilər.
Bizim çoxşaxəli gündəliyimiz var. O gündəliyin həyata keçirilməsinə, iqtisadi əlaqələri aktivləşdirməyə diqqət yetirməmiz çox vacibdir”,- deyə Paşinyan vurğuladı.
Baş naziri qeyd etdi ki, Fransaya səfəri zamanı Ermənistan-Fransa münasibətləri ilə yanaşı, geniş spektrli məsələlər müzakirə olunub.
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan aprel ayında Rusiyaya planlaşdırılmış səfərinə də toxunub.
“Hazırda həmin səfərə hazırlaşırıq. Bu səfərin yüksək səviyyədə keçirilməsi üçün biz əlimizdən gələni etməliyik”,- Paşinyan qeyd etdi.