Parisdə Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş baş tutub.
Tərəflər Ermənistan-Avropa İttifaqı əməkdaşlığa dair məsələləri müzakirə etdilər.
Görüş zamanı Dağlıq Qarabağ ətrafında vəziyyətə toxunulub. Baş nazir Artsaxda və Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti təqdim etdi. Nikol Paşinyan son günlər Azərbaycanın davam etdirdiyi təxribat hərəkətlərini yolverilməz hesab etdi.
Tərəflər beynəlxalq aləmdə baş verən proseslərlə bağlı da fikir mübadiləsi aparıblar.
Nikol Paşinyanın Fransa Respublikasına işgüzar səfəri başa çatıb.