Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın regional sülh və sabitliyə təhlükə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləyir. Bu barədə Artsax Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Martın 9-da və 10-da Azərbaycan silahlı qüvvələri Martuni rayonunun Xnuşinak və Karmir Şuka, Askeran rayonunun Xramort kəndlərinin mülki əhalisini iriçaplı atıcı silahlarla hədəfə alıb, nəticədə bir mülki şəxs yaralanıb.
Martın 8-nə keçən gecə Artsax Respublikasına gedən yeganə qaz kəməri zədələnərək, Artsaxın bütün ərazisini qaz təchizatından məhrum edib. Zədələnmiş hissə Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazidədir. Bu günə qədər Azərbaycan tərəfi qaz kəmərinin təmirinə mane olur, buna görə Artsaxın bütün əhalisi soyuq hava şəraiti ilə əlaqədar xüsusilə ağır olan bir sıra humanitar problemlərlə üzləşir.
Ötən həftə ərzində düşmən səsgücləndiricilərlə etdiyi bəyanatlar vasitəsilə Xramortun dinc əhalisini kəndi tərk etməyə çağırır, kəndlilərdən fiziki qisas almaqla hədələyirdi.
Rəsmi Bakının siyasəti həmişə olduğu kimi, son dərəcə dağıdıcıdır, beynəlxalq hüquq prinsiplərini, humanizm prinsiplərini kobud şəkildə pozur, öz mahiyyətində anti-erməniçilik, nasizm və terrorizmin birləşməsidir.
Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın regional sülh və sabitliyə təhlükə, sülhməramlı missiyaya zərbə, sivil dünyaya meydan oxuyan təxribatçı hərəkətlərini qətiyyətlə pisləyir. Bu addımlar cavabsız qalmamalıdır.
Son hadisələr Azərbaycanın erməni xalqına, Artsaxa və onun gələcəyinə qarşı real məqsədlərini bir daha göstərir.
Artsax xalqı öz vətənində yaşamağa, onu müdafiə etməyə qərarlıdır və bundan sonra da mətanətdə sarsılmaz” – deyə bəyanatda deyilir.