Martın 8-də ER-nin İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Sos Avetisyan Ermənistanın İspaniyadakı səfirliyinin “Facebook” səhifəsində bildirdiyi kimi, İspaniya Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Pau Mari-Klose ilə görüşüb.
“Səfir Avetisyan sonuncuya Azərbaycanın təhrik etdiyi sərhəd insidentlərini, Ermənistana qarşı təcavüzkar siyasəti və onun ərazi bütövlüyünə davamlı təhdidləri təqdim edib. Görüş zamanı həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı bir sıra məsələlərə toxunub, parlament diplomatiyasının gücləndirilməsini müzakirə ediblər, mövcud geosiyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar"- deyə məlumatda qeyd olunub.