ER prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan martın 9-da Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib.
Görüş zamanı tərəflər regional təhlükəsizliklə bağlı məsələlərə toxunublar.
Hər iki tərəf Ermənistan-Rusiya müttəfiqlik münasibətlərini yüksək qiymətləndirib. Həmçinin regional əməkdaşlıq və parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə münaqişənin həlli üzrə siyasi dialoqun və danışıqların vacibliyi qeyd olunub.