Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə səfər edəcək. Bu barədə bu gün Anadolu agentliyi məlumat verib.
Məlumatda deyilir ki, Azərbaycan prezidentinin səfəri Cümə axşamı baş tutacaq. Proqram haqqında məlumat verilmir.
Azərbaycan tərəfi səfəri elan etməyib.