Rusiya tərəfi sükut rejimi tətbiq edib, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılıb. Bu barədə məlumatı TASS yaydı.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, mülki əhalinin yaşayış məntəqələrindən təhlükəsiz şəkildə təxliyəsi üçün bu gün yerli vaxtla saat 10:00-dan etibarən sükut rejimi tətbiq edilir və Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılır.