Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin bu və ya digər hissəsində ER silahlı qüvvələri tərəfindən Azərbaycan bölmələrinin döyüş mövqeləri istiqamətində atəş açılması barədə dezinformasiya yaymaqda davam edir.
Martın 8-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb guya həmin gün səhər saatlarında ER silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin qərb hissəsində yerləşən Azərbaycan SQ-nin mövqelərini atəşə tutub.
MN bildirir ki, bu məlumat həqiqətə uyğun gəlmir.
Qeyd olunur ki, martın 7-də sərhədin eyni istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi təxribatdan sonra Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və ER SQ-nin tam nəzarəti altındadır.