Ankara Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək qərarını alqışlayır, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.
“Bu cür qarşılıqlı addımlar iki ölkə arasında dialoqun genişlənməsinə və tam nizamlanma üçün etimadın möhkəmləndirilməsi tədbirlərinin müzakirəsinə töhfə verəcək” – deyə bəyanatda deyilir.
Foruma Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, Parlament sədrinin müavini Ruben Rubinyan da dəvət olunub, onun iştirakı ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.