Martın 7-də Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikası ilə sərhədin qərb istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, serjant Hraç Manasaryan həlak olub, bir nəfəri isə yaralanıb.
ER Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi ER silahlı qüvvələrinin hərbi qulluqçusunun onların bölmələrinin hərəkəti nəticəsində həlak olmasını təkzib etsə də, martın 7-də Azərbaycan Müdafiə Nazirliyində keçirilən müşavirəyə dair rəsmi açıqlamadan sonra Azərbaycan bölmələrində aqressivliyin artması müşahidə olunub.
“ER silahlı qüvvələrinin hərbçisinin qətlə yetirilməsini pisləyərək vurğulamağı zəruri hesab edirik ki, bu cür hadisələr və atəşkəs rejiminin mütəmadi pozulması Ermənistan-Azərbaycan sərhədindən hər iki tərəfin qoşunlarının simmetrik olaraq sərhəddən geri çəkilməsinin və müşahidə missiyasının yerləşdirilməsinin zəruriliyini daha da əsaslandırır.
Biz həmçinin beynəlxalq ictimaiyyətin Azərbaycanın təxribat xarakterli hərəkətlərini və bəyanatlarını düzgün qiymətləndirməsini zəruri hesab edirik”, - deyə XİN-in bəyanatında deyilir.