Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa qeyd etdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.
"Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə heç bir ultimatum olmadan və qətiyyətlə", - Sibiqa vurğulayıb.