Martın 7-də səhər saat 10:00-da Rusiya sükut rejimi elan edib və Kiyev, Mariupol, Xarkov və Sumi şəhərlərindən dinc əhalisinin çıxışı üçün humanitar dəhlizlər açıb. Bu barədə məlumatı “İnterfax” yaydı.
“Kiyev, Xarkov, Sumı və Mariupol şəhərlərində fəlakətli humanitar vəziyyətin, onun kəskin şəkildə gərginləşməsini, habelə Fransa Prezidenti Emanuel Makronun Rusiya Prezidenti Vladimir Putinə şəxsi müraciətini nəzərə alaraq, Rusiya Silahlı Qüvvələri martın 7-də saat 10:00-da sükut rejimi elan edir və humanitar dəhlizləri açır”,- deyə bəyanatda qeyd olunur.