Rusiya Prezidenti Vladimir Putinla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Tərəflər Ukraynadakı vəziyyəti müzakirə etdilər.
Putin Makrona Rusiya və Ukrayna arasında aparılan danışıqlar barədə məlumat verib və dialoqu davam etdirməyə hazır olduğunu bildirib.
O qeyd etdi ki, MAQATE-Rusiya-Ukrayna formatında görüşə qarşı deyil, lakin görüşün Çernobılda deyil, videokonfrans formatında, yaxud üçüncü ölkədə keçirilməsinin tərəfdarıdır.