Martın 7-də saat 12:40 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin qərb hissəsində yerləşən Ermənistan silahlı qüvvələrinin mövqeləri atəşə tutulub, nəticədə ER Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb.
Onlardan biri, ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbçisi, serjant Hraç Manasaryan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Digər yaralı hərbçinin həyatı üçün təhlükə yoxdur.