Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Məqsəd Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin təxliyəsi üçün şərait yaratmaqdır.
Məlumata görə, humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb.