ER xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xarici işlər nazirləri ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini, o cümlədən Ermənistan və Rusiyanın beynəlxalq arenada yanaşmalarının razılaşdırılmasını müzakirə ediblər.