Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 365 yeni yoluxma halı qeydə alınıb, 32 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Daha 9 790 nəfərin müalicə olunaraq sağaldığı qeyd edilib. Pandemiya başlayandan bu günədək Gürcüstanda COVID-19 infeksiyasına 1 620 639 nəfər yoluxub. Onların 1 539 413-ü sağalıb, 16 306-sı isə ölüb.
Hazırkı aktiv xəstələrin sayı 64 894 nəfər təşkil edir.