Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi, general-mayor Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.
Azərbaycan KİV-ləri yazır ki, hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Məmmədov 80 milyon 618 min manat (təxminən 50 milyon dollar) məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, son bir ayda, Azərbaycan Müdafiə Nazirliyinin maliyyə idarəsinin 4 keçmiş və indiki vəzifəli şəxsi, eləcə də tədarük və təchizat idarəsinin rəisi həbs edilib.