“Tərəflər yenidən təsdiq edib ki, proses ilkin şərtlər olmadan baş verir və prosesin son nəticəsi münasibətlərin normallaşması, bizim üçün isə Ermənistan-Türkiyə sərhədinin açılmasıdır. Müzakirə birincidən daha konkret idi.
Eyni zamanda, hamımız başa düşürük ki, ikinci görüşdən çox nəzərəçarpacaq nəticələr gözləmək çətindir. İkinci görüş əsrlərin problemlərinin həllini təmin etməli olan proses idi” – deyə Mirzoyan bildirib.
Mirzoyan üçüncü görüşün vaxtı ilə bağlı hələlik qərarın verilmədiyini bildirib.