Ukrayna silahlı qüvvələrinin bölmələrinin Azov dənizinə çıxışı tamamilə bağlanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirdi.
O qeyd etdi ki, Donetsk Xalq Respublikasının xalq Milis qüvvələrinin aparıcı bölmələri Donetsk vilayətinin inzibati sərhədinə çatıb və Ukraynanın Azov dənizi sahili boyunca rayonlarına nəzarəti ələ keçirmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi hissələri ilə birləşib.
Konaşenkov qeyd etdi ki, Luqansk Xalq Respublikasının qüvvələri hərbi əməliyyatdan bəri 61 km, Donetsk Xalq Respubliaksının qüvvələri isə 19 km irəliləyiblər.