Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam nəzarətə götürdü. Bu barədə “РИА Новости” məlumat yaydı.
Mənbəyə görə, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri şəhərin bütün sosial infrastrukturunun fəaliyyətini təmin etmək üçün Xersonun rəhbərliyi ilə danışıqlar aparır.
Xatırladaq ki, günlər əvvəl Donbas Respublikalarının xahişi ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Donetsk və Luqanks Xalq Respublikalarını tanıyıb. Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, silahlı qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.