ER təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Alfred Koçaryan Fransa Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.
Görüş zamanı mədəni irsin qorunması və populyarlaşdırılması sahəsində mövcud Ermənistan-Fransa əməkdaşlığı müzakirə edilib.
Nazir müavini mədəni irs sahəsində dövlət siyasətinin prioritet istiqamətlərini, xüsusən də muzeylərin yeni texniki həllərlə təmin olunmasını, muzey mütəxəssislərinin hazırlanmasını, muzey idarəçiliyi sektorunun təkmilləşdirilməsini diqqətə çatdırıb.
Yeni birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına toxunulub, həmçinin mədəni irs sahəsində mövcud əməkdaşlığın səmərəli davam etdirilməsi və genişləndirilməsi barədə razılıq əldə olunub.