İlkin razılığa əsasən, Rusiya-Ukrayna nümayəndə heyətlərinin ikinci görüşü bu gün baş tutmalıdır. Dmitri Peskovun sözlərinə görə, danışıqlar günün ikinci yarısına planlaşdırılıb.
"Kreml ümid edir ki, Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi yerə gələcək. O, həm də tərəflərin uğur qazanacağına ümid edir" – deyə bildirilib. Onun sözlərinə görə, Ukrayna vəziyyəti həll etmək üçün Vladimir Putinin səsləndirdiyi tələbləri yerinə yetirərsə, danışıqlar müsbət hesab olunacaq.
Rəsmi Kiyev də danışıqların ikinci mərhələsinə hazır olduğunu, lakin ultimatumları qəbul etməyəcəyini təsdiqləyib. Ukrayna Prezidenti Aparatının rəhbəri Aleksey Arestoviç bildirib ki, nümayəndə heyətlərinin tərkibi eyni olacaq. Görüş axşam saatlarına təyin edilib.