Sumqayıt və Bakıda ermənilərin qırğınları Azərbaycan hakimiyyətinin illərlə apardığı irqçi, ermənilərə qarşı nifrət təbliğatının birbaşa nəticəsi idi, bu da Azərbaycanın erməni əhalisinə qarşı qeyri-insani rəftarın və kütləvi zorakılığın əsasını qoydu.
Azərbaycan hakimiyyəti günahkarlara cəzalandırılması üçün səy göstərmədi, əksinə vəhşilikləri ört-basdır etməyə, ermənilərə qarşı hücumların qızışdırılmasında hakimiyyətin rolunu inkar etməyə çalışdı. Bu barədə ABŞ konqresmen Adam Şifin Sumqayıt və Bakı qırğınalrı ilə bağlı bəyanatda qeyd olunur.
Konqresmen vurğuladı ki, eyni şey otuz il sonra, 44 günlük müharibə zamanı baş verdi. O bildirdi ki, bu gün də Azərbaycanın Ermənistan və Artsax xalqına qarşı təcavüzü davam edir.
“Erməni hərbçilər qanunsuz olaraq həbs edilməkdə, işgəncələrə məruz qalmaqda davam edir və minlərlə dinc sakin hələ də təhlükə altındadır. Azərbaycanın nəzarətində olan erməni dini və mədəni obyektləri daim təhlükə altındadır”,- deyə qeyd olunub.
Konqresmenin sözlərinə görə, aqressiya və nifrət idarəolunmaz hala gələndə belə nəticələr qaçılmaz olur.
“Biz qalan erməni hərbi əsirlərin təhlükəsiz və qeyd-şərtsiz azad edilməsi tələbini zəiflətməməliyik, ABŞ-ın Əliyev rejiminə yardımına son qoymağa çağırmaqda davam edirik”,- konqresmen qeyd etdi.