Fevralın 28-də BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli iclası çərçivəsində ER-nın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Tərəflər BMT-nin Ermənistandakı ofisi arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
Nazir Mirzoyan Artsaxda 44 günlük müharibə nəticəsində yaratdığı humanitar problemlərə və onların həlli istiqamətində atılan addımlara toxunub. Bu kontekstdə XİN rəhbəri Dağlıq Qarabağda əhalinin əsas hüquq və azadlıqlarının tam şəkildə həyata keçirilməsi üçün lazımi şəraitlərin təmin edilməsini və beynəlxalq yardımın göstərilməsini vurğulayıb.
Xarici işlər naziri beynəlxalq ixtisaslaşmış təşkilatların, o cümlədən BMT-nin müvafiq qurumlarının Artsaxa maneəsiz daxil olmasının və humanitar missiyaların həyata keçirilməsinin zəruriliyini vurğulayıb.