Fevralın 28-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının vitse-prezidenti, Ermənistan Respublikasının BMT-nin Cenevrə ofisi və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Andranik Hovhannisyanın sədrliyi ilə BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasının yüksək səviyyəli hissəsi keçirilib.
İclasda ER XİN rəhbəri Ararat Mirzoyan çıxış edərək, Ermənistanın Şuranın bu sessiyasında Soyqırımın qarşısının alınmasına dair qətnamə layihəsini yenidən təqdim etmək niyyətində olduğunu xüsusilə qeyd edib:
“Bu, Ermənistanın illərdir irəli sürdüyü gündəmdir. Cenevrədə komandamız bütün maraqlı tərəflərin və digər ərəflərin iştirakı ilə şəffaf məsləhətləşmə prosesi təşkil edəcək”.
Ararat Mirzoyan qeyd edib ki, “Economist Intelligence Unit” tərəfindən bu yaxınlarda dərc edilmiş builki Demokratiya İndeksində Ermənistan seçki prosesləri, yəni plüralizm, hökumət, siyasi iştirak, siyasi mədəniyyət və vətəndaş azadlıqları sahəsində regional lider kimi tanınıb.
“Biz beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağın bütün ərazisinə qeyd-şərtsiz girişin təmin edilməsi üçün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq.
BMT-nin xüsusi prosessual mandatlarının sahibləri Dağlıq Qarabağ münaqişəsi kontekstində muzdlulardan istifadə, məhkəməsiz edamlar, əsassız həbslər, zorla itkin düşmələr, dini və mədəni irsin məhv edilməsi kimi məsələlərlə bağlı dəfələrlə Azərbaycana müraciət ediblər. Azərbaycan lazımi cavab verməkdən imtina etdi, əslində son müraciətlərə ümumiyyətlə cavab vermədi ki, bu da BMT-nin İnsan Hüquqları Mexanizminə açıq-aşkar çağırışdır.
Cəzasızlıq yeni qanun pozuntularına gətirib çıxarır. Azərbaycan Dağlıq Qarabağla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin davam edən təxribat əməllərindən mülki əhalinin əziyyət çəkdiyi Ermənistan Respublikasının sərhədyanı rayonlarında da insan hüquqlarının pozulması siyasətini davam etdirir. Bu təcavüzkar siyasət beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması ilə müşayiət olunur. Atəşkəs əldə olunandan 16 ay sonra Azərbaycan mülki şəxslər də daxil olmaqla 38 erməni hərbi əsirini saxlamağa davam edir və yüzlərlə itkin düşmüş şəxsin, o cümlədən onlarla məcburi itkin düşmüş şəxsin taleyi qeyri-müəyyən olaraq qalır.
Dağlıq Qarabağ xalqı mənşəyinə, dilinə, dininə, siyasi və ya digər əqidəsinə, milli mənşəyinə və ya hər hansı başqa səbəbə görə ayrı-seçkiliyə məruz qalmamalıdır. Biz bütün Dağlıq Qarabağ ərazisində ermənilərin təhlükəsiz, ləyaqətli, könüllü olaraq öz evlərinə qayıtmasına çatmağa çalışırıq”,- deyə ER XİN başçısı qeyd edib.