Martın 1-də Cenevrədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.
BQXK-nın qeyri-siyasi, humanitar təşkilat kimi fəaliyyətinə toxunan xarici işlər naziri Ararat Mirzoyan təşkilatın Artsaxda humanitar problemlərin həllinə yönəlmiş fəaliyyətinin vacibliyini vurğuladı.
Bu kontekstdə Ararat Mirzoyan Peter Maurerin diqqətini Azərbaycanda saxlanılan 38 erməni hərbi əsir və mülki vətəndaşın vətənə qaytarılmasının vacibliyinə yönəldib.
Nazir Mirzoyan Dağlıq Qarabağa beynəlxalq təşkilatların girişinin və aktiv işinin təmin edilməsinin zəruriliyini vurğulayıb.
Tərəflər humanitar məsələlərin həlli üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.