Rusiya aviasiyası Ukraynanın bütün ərazisi üzərində hava üstünlüyü əldə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Xüsusi əməliyyat zamanı Rusiya bölmələri Berdyansk, Enerqodar şəhərlərini, həmçinin Zaporojye AES-in ətrafını nəzarətə götürüb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, bütün mülki şəxslər Ukrayna paytaxtını Kiyev-Vasilkov yolu ilə tərk edə bilər. Bu istiqamət açıqdır və təhlükəsizdir.
Rusiya Müdafiə Nazirliyi bildirdi ki, xüsusi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukraynada 1114 hərbi infrastruktur obyekt, 314 tank və digər zirehli döyüş texnikası, 57 reaktiv yaylım atəşi sistemi, 121 səhra artilleriya və minaatan, 274 ədəd xüsusi təyinatlı hərbi texnikanı məhv edib.