“34 il bundan əvvəl, fevralın 27-29-da Azərbaycanda hüquq-mühafizə orqanlarının sifarişi və icazəsi ilə Sumqayıt şəhərində erməni əhalisinə qarşı kütləvi qırğınlar törədilib, yüzlərlə erməni, o cümlədən qadın, uşaq və qocalar qətlə yetirilib”,-bu barədə ER XİN-in yaydığı bəyanatda deyilir. .
Qeyd olunub ki, Artsax ermənilərinin demokratik iradəsini zorla boğmağa və mövcud hüquqi mexanizmlər əsasında onların öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüquqlarını həyata keçirməyə mane törətmməyə yönəlmiş kütləvi qətllər və işgəncələr Bakıda, Kirovabadda və Azərbaycanda ermənilərin yaşadığı digər yaşayış məntəqələrində davam etdi.
“Dağlıq Qarabağ xalqının öz vətənində azad və təhlükəsiz yaşamaq iradəsinə Azərbaycan Dağlıq Qarabağ xalqına qarşı genişmiqyaslı müharibəyə çevrilən kollektiv cəza siyasəti həyata keçirməklə cavab verdi.
Sumqayıtda ermənilərin qətliamına geniş beynəlxalq reaksiya verildi, Avropa Parlamentində müvafiq pisləmə qətnaməsi qəbul edildi.
Eyni siyasəti 2020-ci il sentyabrın 27-də də davam etdirərək, Artsaxa qarşı təcavüz zamanı Azərbaycan silahlı qüvvələri nəzarəti altında olan bütün erməni yaşayış məntəqələrində tam etnik təmizləmə həyata keçirib. Girov götürülmüş dinc sakinlər, hərbi əsirlər amansız rəftara, erməni mədəni və dini abidələr, ziyarətgahlar vandalizmə məruz qalıb”.
Bəyanatda deyilir ki, 2021-ci il dekabrın 7-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiya çərçivəsində təxirəsalınmaz tədbirlərin tətbiqi haqqında qərar göstərib ki, Sumqayıt vəhşiliyindən otuz ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan ermənilərə qarşı irqi nifrət və erməni mədəni irsinin məhv edilməsi siyasətini davam etdirir.
“Bu gün biz Sumqayıtda və digər yaşayış məntəqələrində törədilmiş kütləvi vəhşiliklərin günahsız qurbanlarının xatirəsini ehtiramla yad edərək bildiririk ki, ermənilərə qarşı nifrət, ya da güc tətbiq etmək təhdidi Azərbaycanın dövlət siyasəti olaraq qalır və bu, dinc, inkişaf edən və sabit regiona nail olmaq üçün regional və beynəlxalq səylərə ziddir”.