Belarusda bir az sonra Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışqlar başlayacaq.
Ukrayna Prezident Administrasiyası məlumat verib ki, Nümayəndə heyətinə “Xalqın qulluqçusu” fraksiyasının sədri David Araxamiya, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və Ukraynanın xarici işlər nazirinin müavini Mikola Toçitsk daxildir.
Daha əvvəl bildirilib ki, Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slutski daxildir.