Belarus Xarici İşlər Nazirliyi bildirdi ki, Rusiya və Ukrayna arasında danışıqlar platforması hazırdır. Bu barədə XİN mətbuat katibi Anatoli Glaz “Twitter” mikrobloqunda yazdı.
“Bütün nümayəndə heyətləri görüş yerinə gələn kimi görüş başlayacaq”,- deyə o qeyd etdi.
Daha əvvəl danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, bazar günü Ukrayna tərəfi ilə Belarusun Qomel vilayətində danışıqlar aparmaq barədə razılıq əldə olunub. Lakin daha sonra məlum olub ki, görüş Ukrayna və Belarus sərhəddində, Narovlya şəhərindən bir az uzaqlıqda baş tutacağı bildirilib.