Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparmaq təklifilə razılaşıb.
Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.
O, Ukraynanın Rusiya ilə danışıqlardan imtina etməsi barədə məlumatları təkzib edib:
"Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər birbaşa danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq",- deyə o qeyd etdi.