Serbiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.
Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirdi.
Vuçiç xatırladıb ki, Rusiya bir neçə dəfə Belqrada qarşı sanksiyaları dəstəkləməyib, həm də Serbiyanı onlardan müdafiə edib, indi BMT məsələsində Kosovo məsələsini dəstəkləyir.