Ukrayna Krımı Rusiyanın bir hissəsi kimi tanımalı və NATO üzvlüyündən imtina etməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclası zamanı bildirdi.
O, həmçinin qeyd etdi ki, Moskvan Donetsk və Luqansk Xalq Respublikalarını Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində tanıyıb.
Putin Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini yüksək qiymətləndirərək qeyd edib ki, əsas toqquşmalar ölkənin nizami qoşunları ilə deyil, millətçi qruplarla baş verir.
Daha əvvəl Ukrayna Prezidenti danışıqlara başlamaq üçün Rusiya müraciət erdi. Kreml sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə danışıqlar aparmaq üçün Belarusun paytaxtı Minskə bir heyət göndərməyə hazır olduğunu bildirib
“Bildiyiniz kimi, bu gün Ukrayna prezidenti Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bəyan edib. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əməliyyatın məqsədi Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasına kömək etmək, o cümlədən Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Və bu, əslində, neytral statusun tərkib hissəsidir”, - D.Peskov qeyd edib.