“Ukrayna Montrö boğazlar konvensiyasının 19-cu maddəsinə əsaslanaraq Türkiyədən İstanbul boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Amma Montrö konvensiyasında xüsusi bir məqam var. Müharibənin tərəfi olan ölkələrin gəmilərinin öz bazalarına qayıtma tələbi olarsa, o zaman ona icazə verilməlidir”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə mütəxəssisləri müharibə vəziyyətinin olub-olmadığını araşdırır: “Müharibə vəziyyətini hüquqi cəhətdən qəbul edərsək, bu proses başlayacaq. Bundan başqa, müharibə vəziyyətini qəbul edərsək, Montrö kontekstində hərbi gəmilərin keçidini yasaqlayacağıq. Amma qadağan etsək də, Rusiyanın belə bir hüququ var”.