Kanada Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
Bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.
Tətbiq edilən sanksiyalar Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən müdafiə, maliyyə və ədliyyə nazirlərinə aiddir.
Bu sanksiyalar 58 fiziki və hüquqi şəxsə, o cümlədən Rusiya elitasının nümayəndələri və onların ailə üzvlərinə qarşı yönəlib.
Trüdo Kanadanın Rusiya tərəfindən əvvəllər verilmiş bütün ixrac icazələrini ləğv edəcəyini söyləyib.