Dünya iqtisadi artımının yavaşlamasına baxmayaraq, 2021-ci ildə Ermənistan Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinə ixracı əhəmiyyətli dərəcədə artıra bilib.
Bu barədə ER Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında bildirib.
2021-ci ildə Ermənistanın digər üzv dövlətlərlə ticarət dövriyyəsi təxminən 21% artaraq 2,7 milyard dollara çatıb. İxracat həcmləri 25% artıb.