Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Nur-Sultanda Avrasiya Hökumətlərarası Şurasının iclasında qeyd etdi ki, Qərb dövlətlərinin onları parçalamaq cəhdlərinə baxmayaraq, Avrasiya İqtisadi Birliyinin ölkələri birlikdə və əməkdaşlığı gücləndirməyə çalışır. Bu barədə “РИА Новости” bildirdi.
“Biz Avrasiya inteqrasiyasının prioritet məsələlərini nəzərdən keçirməkdə, ticarət-iqtisadi və humanitar əlaqələrin inkişafı, xalqımızın həyat keyfiyyətinin və rifahının yüksəldilməsi üçün zəruri qərarlar qəbul etməkdə davam edirik. Yaranmış vəziyyətdə bu çox vacibdir.
Bugünkü görüş bizim birlikdə olduğumuzun, bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinə birgə səy göstərdiyimizin ən yaxşı təsdiqidir”,-deyə Mişustin vurğuladı.