“Ukrayna Silahlı Qüvvələrinin aviabazalarının hərbi infrastrukturu sıradan çıxarılıb”.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiya ordusunun Ukraynanın şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmədiyini bildirib.
“Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektləri, hərbi aerodromlar, aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb”, - Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib.