Bu gün, fevralın 24-də Vyanada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin xüsusi nümayəndələri, ER Parlamentinin sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıçın görüşü baş tutub.
Xüsusi nümayəndələr bir daha təsdiq etdilər ki, danışıqların yekun məqsədi Moskvada ilk görüşdə razılaşdırıldığı kimi, Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.
Bununla bağlı mümkün birgə konkret addımların atılmasına dair fikir mübadiləsi aparılıb, prosesin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıq bir daha təsdiqlənib.