Ukrayna ilə bağlı böhran NATO-nun təxribatları ilə şərtlənir, Tehran atəşi dayandırmağı və problemin siyasi həllini axtarmağı zəruri hesab edir. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian öz “Twitter” mikrobloqunda yazıb.
“Ukrayna böhranının kökü NATO-nun təxribatlarıdır. Biz düşünmürük ki, hərbi əməliyyatlar problemin həlli yoludur. Atəşi dayandırmaq və diqqəti siyasi və demokratik həll yolunun axtarışına yönəltmək lazımdır”- deyə o yazıb.