Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib.
Bu barədə dövlət başçısı Afrika turnesindən qayıdan zaman danışıb.
“Bu bölgənin sülh, sabitlik və rifaha ehtiyacı var. Bu anlayışla ölkəmiz ilə Ermənistan arasında da normallaşma prosesi başlatmaq üçün səmimi cəhdlər edirik. Ermənistanın bizimlə normallaşma prosesində nümayiş etdiyi iradədən məmnunuq”,-deyə Ərdoğan əlavə etdi ki, Ermənistan, xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qətiyyətli olsa, Türkiyə üçün sərhədlərin bağlı qalması söhbət mövzusu deyil.