Bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin elan edib ki, Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayıb. Vladimir Putin ruslara videomüraciətində qeyd etdi ki, şəraitlər onları qəti və təcili addımlar atmağa məcbur edir. Putin vurğulayıb ki, Ukraynanı işğal etmək niyyətində deyildirlər.
O əlavə edib ki, Donetsk və Luqansk Xalq Respublikalarının liderləri hərbi yardım istəyi ilə Rusiyaya müraciət ediblər.
“Hərbi əməliyyatın məqsədi 8 ildir Kiyev rejim tərəfindən məsxərəyə qoyulmuş, soyqırımına məruz qalmış insanları müdafiəsidir. Buna görə də biz Ukraynanın demilitarizasiyasına və nasizmin zərərsizləşdirilməsinə çalışacağıq. Bundan başqa, biz mülki əhaliyə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarına qarşı çoxlu qanlı cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb edəcəyik. Ukraynadan gələn daimi təhlükə səbəbindən Rusiya özünü təhlükəsiz hiss edə, inkişaf edə bilməz”,- deyə Vladimir Putin qeyd etdi.
Rusiya Federasiyasının Prezidenti vurğuladı ki, Rusiya istənilən inkişafa hazırdır, artıq bütün qərarlar qəbul edilib.
Ukrayna Prezidenti Vladimir Zelenski də Ukrayna xalqına müraciət etdi.