ER Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib ki, Ermənistan və Rusiya arasında qurulan və xalqlar arasında çoxəsrlik dostluğa əsaslanan dövlətlərarası müttəfiqlik əməkdaşlığı heç bir halda üçüncü dövlətlərlə münasibətlərlə şərtlənmir və bunu tari, imzalanmış sənədlər də sübut edir.
“Yerevan və Moskva müxtəlif səviyyələrdə, o cümlədən yüksək səviyyələrdə, zəmanətli təhlükəsizlik şəraitində ölkələrimizin inkişafının xeyrinə həm ikitərəfli, həm də çoxtərəfli miqyasda əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır” – deyərək Hunanyan əlavə edib.
XİN ümid edir ki, Moskvada fevralın 22-də imzalanmış bəyannamə Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən qəbul edilmiş üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsində irəliləyişə əlavə imkan yaradacaq. Bu, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlik mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə töhfə verə bilər.